Çərşənbə axşamı , Dekabr 3 2024
azenru
Home / Destinasiyalar / Əmir Teymurun 14 il ərzində ələ keçirə bilmədəyi qala – ƏLİNCƏ QALASI

Əmir Teymurun 14 il ərzində ələ keçirə bilmədəyi qala – ƏLİNCƏ QALASI

Naxçıvanı tanıyaq və tanıdaq layihəsi çərçivəsində bizim növbəti səfərimiz tarixi 2 min il bundan əvvələ dayanan Əlinca qalasınadır.

Culfa rayoununda, Əlincəçayın sağ sahilində və eyniadlı dağın zirvəsində yerləşən bu qalanı qədim mənbələrdə “Erincaq”, “Erincik”, “Alancik”, “Alınca”, “Alancuq” və s. kimi qeyd ediblər. Bu qalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Yuxardıda da qeyd etdiyimiz kimi, tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud” dastanlarında Əlincaqala möhkəm istehkam kimi təsvir olunur.

Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulub. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat veriblər. Əlincəqala özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin, mübarizliyinin rəmzidir. Qalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır.

Teymurilərin Azərbaycana olan hücumlarında da Əlincə qalanın adı mübarizlik rəzmi kimi hallanır. Əmir Teymur bu qalanı 14 il ərzində döyüşlə ələ keçirə bilmir. Onun 1399-cu ildə Hindistandan qayıdışından sonra qalada artıq heç kim qalmamışdı. Bunun nəticəsində 14 il sonra Teymur qalanı heç bir müqavimətsiz tutur və bu qalanın əzəmətinə heyran olur.

Qalanın möhkəm divarları və qayanın üstündə olması onu sarsılmaz müdafiə istehkamına çevrilmişdir. Vaxtilə Əlincə qalasına 600-ə qədər döyüşçünü öz atı və başqa sursatı ilə birlikdə yerləşdirmək mümkün idi.

Bu tarixi qala Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Əlincəqala tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir