Cümə , Aprel 26 2024
azenru
Home / Destinasiyalar / Sabahadan Bakı Şopinq Festival öz işinə başlayır

Sabahadan Bakı Şopinq Festival öz işinə başlayır

Bu yazın ən çox gözlənilən tədbiri, şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirməkdə olan Bakı Şopinq Festival sabahdan öz işinə başlayır. Festival may ayının 31-ə qədər davam edəcək.

TravelNews.Az xəbər verir ki, hər zaman olduğu kimi, yerli əhali və turistlər bu festivalda iştirak etməklə rəngarəng və əlverişli fürsətlər qazanacaqlar. Keyfiyyətli mallara  üstünlük verirsinizsə, eləcə də vaxtınıza və pulunuza qənaət etmək istəyirsinizsə, tam bir ay davam edəcək festival fürsətlərini qaçırmayın.

XÜSUSİ KAMPANİYA VƏ ENDİRİM TƏKLİFLƏRİNDƏN YARARLANIN!

Budəfəki festivalda Bakıda yerləşən 600-dən çox mağaza iştirak edəcək.  Alıcılar bu mağazalardan yüksək keyfiyyətli geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları yalnız Bakı Şopinq Festivalı günlərində mövcud olan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəksiniz. Payız festivalında olduğu kimi, bu dəfə də supermarketlər bizə qoşulacaqlar!

TAX FREE – ŞOPİNQ ET VƏ XƏRCLƏDİYİN
PULUN BİR QİSMİNİ GERİ AL!

 Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə etmək mümkündür. Beləliklə, Bakı Şopinq Festivalı zamanı bəyəndiyiniz malları digər dövrlərdən qat-qat sərfəli qiymətlərlə ala biləcəksiniz. Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Bütün bunlarla yanaşı festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur. Siz alış-veriş etməklə yanaşı, həm də maraqlı vaxt keçirə biləcəksiniz.

SİZİN DƏ MAĞAZA, RESTORAN VƏ YA KAFE
FESTİVALDA İŞTİRAK EDƏ BİLƏR!

Bakı şəhərində yerləşən istənilən mağaza, restoran və kafe Bakı Şopinq Festivalının iştirakçısı ola bilər. Məsələn, müştərilərinə ƏDV qaytarılması imkanı təqdim etmək və ya festivalın təbliğat imkanları vasitəsilə öz brendini tanıtmaq, daha çox yerli və xarici müştəri qazanmaq, habelə, ticarət dövriyyəsini artırmaq istəyən sahibkarlar iştirak üçün bizə müraciət edə bilərlər. Festivalın iştirakçısı olmaq üçün [email protected] elektron poçt ünvanı və ya (+99455) 253-63-27, (+99455) 253-63-18 telefon  nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

BAKI ŞOPİNQ FESTİVALIN UĞURLU NƏTİCƏLƏRİ:

2017-ci ildən keçirilən Bakı Şopinq Festivalı vətəndaşlarımıza və şəhərimizin qonaqlarına hər biri bir ay davam etməklə, ildə iki dəfə bu fürsəti yaradır. Keçirildiyi ilk ildən Bakı Şopinq Festivalı böyük uğurlar əldə edərək beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə nail oldu. Azəraycanda və regionda  ilk olmasına baxmayaraq, Bakı Şopinq Festivalı qısa zamanda etibar qazandı və 2017-ci ildə iki uğurlu festival həyata keçirdi. Bu müddətdə, ümumilikdə, 665 mağaza iştirakçı qismində festivala qoşulub. Həmin mağazalarda festival çərçivəsində 71 min 331 ədəd ƏDV qaytarılması əməliyyatı həyata keçirilib. Yerli alıcılarla yanaşı, ƏDV qaytarılması imkanından yararlanan turistlərin sayı isə 6 min 534 nəfər olub.

REDAKTORLAR ÜÇÜN QEYD:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapmışdır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir