TravelNews Turizm.fins.az-a istinadən Qaxda “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yurd Hotel” adlanan mehmanxanasının müştərilərin xidmətinə verildiyini bildirir.
İnşasına 2017-ci ildə başlanılan mehmanxana, 28 oktyabr tarixində ictimaiyyətə təqdim edilib. Otelin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.
Otel İlisu kəndində yerləşir və “Yaşıl Park” istirahət mərkəzinin daxilində inşa edilib. Mehmanxana 3 mərtəbədən, 45 standart və 3 ailəvi otaqdan ibarətdir. Bina 100 müştərini yerləşdirə biləcək tutumdadır.
Qonaqların rahatlığını nəzərə alaraq otel ərazisində, mini futbol meydançası, kafe-bar və restoran da yaradılıb.
Bu yeni mehmanxananın Qaxda turizmin inkişafına və məşğulluğu artımaqla bölgənin iqtisadiyyatına müsbət təkan verəcəyi gözlənilir. Bu səbəbdən də, ilkin addım olaraq otel administrasiyası 15 nəfəri daimi işlə təmin etməyi planlaşdırır.