İGA (Istanbul Grand Airport) layihəsi adı altında təqdim edilən İstanbul Yeni Hava Limanının açılışı bugün, 29 Oktyabr tarixində baş tutur.
Sayca İstanbulda yerləşən 3-cü hava limanı olan bu liman, mərkəzdən 35 km məsafədə, 76,5 milyon kvadrat metrlik ərazidə yerləşir. Hava limanı illik 200 milyon sərnişini qarşılaya biləcək və 300 istiqamətdə uçuşlar təklif edəcək.
İstanbul Yeni Hava Limanının dizaynında qədim Türk-Osmanlı mədəniyyətinin qorunub saxlanılmasına diqqət yetirilib. Elə bu səbəbdən, limanın hava hərəkətinin idarə edilməsi qülləsi də lalə simvolu formasında dizayn edilib: