Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Nəqliyyat / “AZAL”, “KPMG Azerbaijan” şirkəti ilə “Open Skies” layihəsini müzakirə edib

“AZAL”, “KPMG Azerbaijan” şirkəti ilə “Open Skies” layihəsini müzakirə edib

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin verdiyi məlumata əsasən “AZAL”ın prezidenti Cahangir Əsgərov 6 noyabr tarixində  KPMG Azerbaijan şirkətinin nümayəndələri – baş menecerlər Fərid Baxşıyev və Andrey İvanovla görüşüb.

Danışıqların əsas mövzusu Azərbaycan və Avropa arasında “Open Skies” müqaviləsinin təfərrüatları olmuşdur. Azərbaycan hökumətinin sifarişi ilə KPMG şirkəti bu layihə üzrə məsləhətçi rolunda çıxış edir.

Cahangir Əsgərov Azərbaycan reyslərini digər aviaşirkətlərin də həyata keçirməsində heç bir problem olmadığını, əksinə xarici daşıyıcılara hava məkanı azadlığı ilə bağlı geniş kommersiya hüquqları verildiyini bildirib.

Danışıqların yekunlarına əsasən Tərəflər KPMG şirkəti tərəfindən hazırlanmış yol xəritəsinin tətbiqi üzərində birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəlmişlər..

Qeyd edək ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox istiqamət üzrə 30-dan artıq aviaşirkətə xidmət göstərir. 2018-ci ilin doqquz ayı ərzində paytaxtın hava limanı  3,49 milyon sərnişinə  xidmət göstərmişdir (ötən ilin analoji göstəricisindən 10% çoxdur).  Yeni  reyslərin açılması nəzərə alınmaqla 2020-ci ilin yekunları üzrə bu göstəricinin ildə 7 milyon sərnişinədək yüksəldilməsi prioritet vəzifələrdən biridir.

KPMG  audit və konsultasiya sahəsində peşəkar xidmətlər göstərən və “Böyük Dördlüy”ə daxil olan dünyanın ən böyük şəbəkələrindən biridir. KPMG-nin 155 ölkədə nümayəndəlikləri mövcuddur və 150 mindən çox əməkdaşı vardır.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir