Azərbaycan Turizm Bürosu sizi iştiraka dəvət edir:
Turizm startapınızı qurun və 5000 AZN dəyərində mükafat qazanın.
16 – 18 noyabr tarixlərində Bakı ilk dəfə “Startup Weekend” beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək. Müsabiqənin builki mövzusu turizmdir. 60 iştirakçı 3 gün boyunca turizm sahəsi üzrə innovativ fikirlərini mentorların dəstəyi ilə təkmilləşdirəcək və peşəkar münsiflər heyətinə təqdim edəcək.
Qalibi, eləcə də bütün iştirakçıları dəyərli hədiyyələr gözləyir.
Müsabiqə SUP startap akseleratorunun təşkilatçılığı, Azərbaycan Turizm Bürosu, PASHA Travel, ASAN Innoland İnnovasiya Mərkəzinin dəstəyi ilə baş tutacaq.
Müsabiqə ilə bağlı ətraflı məlumat üçün keçidə daxil olun.