Cümə axşamı , May 2 2024
azenru
Home / Blog / Şimal İşıqları haqqında 10 maraqlı fakt

Şimal İşıqları haqqında 10 maraqlı fakt

 

Yəqin ki, siz məşhur şimal işıqları (Northern lights) haqqında ya nə vaxtsa eşitmisiniz, ya da mütləq bu heyranedici mənzərənin şəkilləri qarşınıza çıxıb. Bu mənzərəylə bağlı bilməli olduğunuz hər şeyi isə bu yazıda tapa biləcəksiniz.

 

  1. Səyahətə işıqları görmək üçün yox, destinasiya üçün çıxın.

Şimal işıqlarının çox görüldüyü yerlərdə yaşayan insanlardan belə, heç vaxt bu işıqları görməyənlər var. Elə buna görə də, şimalı işıqlarını görmək üçün yox, onların görüldüyü hər hansı bir ölkəni görmək məqsədilə səyahətə çıxın. Və əgər şanslısınızsa, bəlkə şimal işıqlarını da görə bildiniz.

 

  1. Şimal işıqları gözlənilməzdir.

Şimal işıqlarının görünməsi üçün səma açıq və qaranlıq olmalıdır. Onlar əsasən avqust-aprel aylarında görünür. Həmçinin, günəş də işıqların gözə görünməsində mühüm rol oynayır. Amma, siz bu şərtlər keçərli olduğu halda da şimal işıqlarını görəcəyinizdən əmin ola bilməzsiniz. Onlar gözlənilməzdir.

 

  1. Şimal işıqlarını görmək üçün hava soyuq olmalı deyil, sadəcə qaranlıq olmalıdır.

Bir çox insan şimal işıqlarının görünməsi üçün havanın soyuq olmalı olduğunu düşünür. Yəqin ki, bu mifin yaranmasına səbəb işıqların şimal qütbündə görünməsi və şimalın əsasən soyuq olmasıdır. Amma bu şərt deyil, şərt qaranlıq olmasıdır (Unutmayın, yuxarıda qeyd olunduğu kimi qaranlıq da zəmanət deyil).

 

 

  1. Arktikada hava bir göz qırpımında dəyişə bilir.

Gözlənilməz olan sadəcə şimal işıqları deyil. Arktikada hava da aldadıcı ola bilər. Siz səhər açıq səmaya oyanıb, günü buludlu və fırtınalı havayla bitirə bilərsiniz. Bu halda, təəssüf ki, şimal işıqları özünü birüzə verməyəcək.

 

  1. Həqiqətən şimal işıqlarını görmək istəyirsinizsə, səy göstərməlisiniz.

Şimal ışıqları şəhər işıqları olan yerlərdə yox, kənar və ucqar yerlərdə görünür. Əgər avroranı həqiqətən görmək istəyirsinizsə, gecələrlə şəhərdən kənarda və çətin şəraitdə gözləməli ola bilərsiniz (Amma nəticəyə dəyər).

 

  1. Avrora işıqlarını şimala baxaraq görə bilərsiniz.

Təsəvvür edin ki, siz şimaldakı ölkələrdən birinə avrora işıqlarını görməyə getmisiniz. Unutmayın, şimal işıqlarının altında durub, şimal işıqlarını görməmək ehtimalınız da var. Bəzi insanlar artıq şimalda olduqları üçün hansı tərəfə baxmaqlarından asılı olmayaraq işıqların görünəcəyini düşünür. Yanlışdır. Şimalda olsanız belə, siz şimal istiqamətinə baxmalısınız.

 

  1. Şimal işıqları bir çox rəngdə ortaya çıxır (ağ və boz daxil olmaqla).

Bəzi hallarda isə siz şimal işıqlarının fərqinə varmaya bilərsiniz. Çünki bu işıqlar həmişə şəkillərdəki əlvan və parlaq rənglərdə olmur. Onlar boz, ağ kimi adi gözlə səmadə çox seçilməyən rənglərdə də ortaya çıxa bilir.

 

  1. Avrora işıqları bütöv ayda da görünür.

Avrora işıqları ilə bağlı çox yayılmış miflərdən biri isə ay bütöv olduqda, onları görə bilməyəcəyinizdir. Həqiqətdə isə, bütöv ay şimal işıqlarının daha gözəçarpan olmasına şərait yarada bilir.

 

  1. Yer səthinə ən yaxın görünən şimal işıqları 80 km yaxınlıqda olub.

Şimal işıqları yer səthinə ən çox 80 km yaxınlaşıb. Müqayisə üçün deyə bilərik ki, təyyarələr yer səthindən təxminən 10 km məsafədə uçur. İndi özünüz bu işıqların nə dərəcədə nəhəng olduqlarını təsəvvür edin.

 

  1. Şimal işıqları heç vaxt “tükənməyəcək”.

Bir çox tur şirkətləri “Şimal işıqlarını görmək üçün son şans” şüarı altında reklam işləri aparır. Bu yalnışdır. Şimal işıqlarının görünmə səviyyəsi artıb azala bilir, lakin bu o demək deyil ki onlar yaxın zamanda yox olacaq.

 

 

Şimal ışıqları günəşdən qopan hissəciklərin atmosferə daxil olarkən toqquşmasından yaranan möcüzəvi işıqlardır. Bu işıqlar əsasən şimal və cənubun maqnetik qütblərində görünür. Şimalda bu işıqlar “Aurore Borealis”, cənubda isə “Aurora Australis” adlanır. Avrora işıqları cürbəcür rənglərdə ortaya çıxa bilir, amma solğun yaşıl və çəhrayı rənglər ən çox görülənlərdir. Həmçinin onlar formasına görə də fərqli formalarda olur, məsələn dalğa və ya düz xətt şəklində.Adətən bu işıqlar yer kürəsinin səthindən 80 kilometrdən 640 kilometrə qədər yüksəklikdə olur.


Avrora işıqlarına əsasən şimalda – Kanadanın şimal-qərb hissələri, Alyaska, İslandiya, şimali Norveç, İsveç, Finlandiya və Sibirin şimalında rast gəlinir. Cənubda isə bu işıqlar adətən Antarktikada toplandığı üçün insan gözüylə yalnız Hind Okeanının cənubunda görünə bilir.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir