Cümə , May 17 2024
azenru
Home / İnnovasiyalar / Şengen ölkələrinə giriş üçün yeni qaydalar

Şengen ölkələrinə giriş üçün yeni qaydalar

“Lonely Planet”-ə istinadən:

Şengen ölkələrinə giriş üçün təhlükəsizlik sistemləri gücləndirilir.

Belə ki, Avropa Birliyi kənardan gələn turistlər üçün yeni təhlükəsizlik sistemi hazırlayır.

Layihədə iştirak edəcək ölkələrə Lüksemburq, Yunanıstan, Kipr, Polşa, İspaniya, Macarıstan, Almaniya, Latviya və Birləşmiş Krallıq aiddir.

“iBorderCtrl” adlanan bu layihənin həyata keçirilməsinə səbəb hər il 700 milyondan çox insanın Avropa Birliyi ölkələrə daxil olması zaman sərhəd yoxlama məntəqələrində yaranan çətinliklərdir. Hal-hazırki sistem, təhlükəsizlik protokollarının izlənilməsi və sərnişinlərin biometrikalarının yoxlanılmasında əlverişli deyil. Yeni layihənin əsas məqsədlərindən bəziləri də illeqal immiqrantların ölkələrə girişinin, cinayət və terrorizmin qarşısını almaqdır.

Yeni sistemə əsasən, ilk mərhələdə turistlər onlayn müraciət sistemi vasitəsilə pasportlarının şəkillərini, vizalarını və bank arayışlarını sistemə yükləyəcəklər. Daha sonra isə vebkamera ilə komputer tərəfindən canlandırılmış “sərhəd xidməti işçiləri” tərəfindən turistin dil, cins və etnik qrupuna əsasən formalaşdırılmış suallara cavab verir. Ən sonda sistem turistin üz təəssüratlarına əsasən onun yalan deyib demədəyini anlamağa çalışır. Sərhədə çatmazdan əvvəl turistə onun hüquqları və yoxlama prosedurları barədə məlumat, həmçinin illeqal fəaliyyətlərdən çəkindirmək üçün məsləhətlər verilir.

İkinci mərhələ turist fiziki olaraq sərhəddə olduğunda başlayır. Öncədən keçirilən yoxlama zamanı “az riskli” kimi qeyd olunan şəxslər qısa yoxlamadan keçir. “Yüksək riskli” qeyd olunan şəxslər isə daha detallı yoxlamaya tabe tutulur. Sərhəd xidməti işçiləri, prosesi sürətləndirmək üçün turist haqqında məlumatları əldə tutulan kiçik elektronik cihazdan vasitəsilə yenidən gözdən keçirəcəklər. Bu cihaz vasitəsilə turistin barmaq izi, ovuc quruluşu və üzü skan ediləcək və turistin daşıdığı risk yenidən qiymətləndirələcək. Yalnız bütün bu mərhələlər tamamlandıqdan sonra, sərhəd xidmət işçiləri prosesin davamını şəxsən, süni intellektə əsaslanmadan həyata keçirə biləcəklər.

Yeni sistem çox yaxında sınaq müddətinə girəcək və 6 ay müddətində Macarıstan, Latviya və Yunanıstanda tətbiq olunacaq. Uğurlu olduğu halda isə, sistemə qoşulan ölkələrin sayı artacaq.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir