Cümə , May 3 2024
azenru
Home / Nəqliyyat / Küveytə müntəzəm uçuşlar həyata keçiriləcək – AZAL

Küveytə müntəzəm uçuşlar həyata keçiriləcək – AZAL

AZAL-ın verdiyi məlumata əsasən, 22 dekabr tarixindən etibarən AZAL Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirəcək.

AZAL J2-119/J2-120 reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir.

Qeyd edək ki, əvvəllər Küveyt istiqaməti üzrə uçuşlar aviaşirkət tərəfindən çarter proqramı əsasında həyata keçirilirdi.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir