AZAL-ın verdiyi məlumata əsasən, 22 dekabr tarixindən etibarən AZAL Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirəcək.
AZAL J2-119/J2-120 reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir.
Qeyd edək ki, əvvəllər Küveyt istiqaməti üzrə uçuşlar aviaşirkət tərəfindən çarter proqramı əsasında həyata keçirilirdi.