Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Nəqliyyat / Köpəkbalıqları ilə səmada – Yeni təyyarələr

Köpəkbalıqları ilə səmada – Yeni təyyarələr

Yeni Embraer E190-E2 təyyarələri köpəkbalığı şəklində dizayn edilib.

“Mənfəət ovçusu” (Profit Hunter) ləqəbli bu təyyarə Boeing və Embraer E2 ailəsinin təqdimat təyyarəsidir.

Bu yeni təyyarələr standart təyyarələrdən bir neçə xüsusiyyətinə görə fərqlənir. İlk olaraq bu təyyarələrdə kabin pəncərələri daha geniş çərçivəli olacaq, həmçinin kabin baqajlarının tutumu da böyüdüləcək. Əlavə olaraq, oturacaqların altında dəstək məqsədli raylar yer almayacağı üçün, sərnişinlərə əyləşmək də daha rahat olacaq. Şirkətin vitse prezidenti də yeni təyyarədə əsas məqsədin müştərilərə mümkün qədər şəxsi zona vermək olduğunu vurğulayıb.

Həmçinin, bu təyyarələrdə orta oturacaqlar da yer almır. Belə ki, hər sırada iki oturacaq yer alacaq – pəncərə kənarı və keçid kənarı. Embraer rahatlığı daha çox təmin etmək və sərnişinlərin çiyin çiyinə oturmasının problem yaratmaması üçün premium sinfə xüsusi oturacaq təklifləri irəli sürəcək.

Texniki cəhətdən isə, bu təyyarə yanacağa qənaətli və emissiyası az olan təyyarə olacaq. Ümumilikdə, təyyarənin çəkisi də daha yüngül və qanadları fərqli dizaynda olacaq.

Köpəkbalığı dizaynlı təqdimat təyyarəsi dünya turuna davam etsə də, aviaşirkətlər sifariş zamanı daha az boyanmış təyyarəyə üstünlük verirlər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir