Bazar , May 19 2024
azenru
Home / Təşkilat və Operatorlar / Kuba ilə turizm əlaqələri genişləndirilir

Kuba ilə turizm əlaqələri genişləndirilir

Dövlət Turizm Agentliyi:

Azərbaycan və Kuba arasında turizm əlaqələri müzakirə olunub.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo arasında görüş keçirilib.

Görüşdə cənab Portuondo iki ölkə arasında dost münasibətlərin vacibliyini vurğulayıb və turizm sahəsində əməkdaşlığın perspektivlərindən bəhs edib. Hər ilin may ayında Havanada böyük sərgi-yarmarka təşkil olunduğunu bildirən səfir Fuad Nağıyevi 2019-cu ildə keçiriləcək tədbirə dəvət edib.

Öz növbəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səfir Alfredo Nieves Portuondonu 2019-cu ilin aprel ayında Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə (AITF 2019) dəvət edib. Fuad Nağıyev AITF 2019 sərgisində Kubanın turizm sənayesi nümayəndələrinin iştirakı və stendin ayrılması üçün müvafiq köməklik göstərilə biləcəyini qeyd edib.

Səfir əvvəlki illərdə də Kubanın AİTF sərgisində təmsil olunduğunu qeyd edərək növbəti sərgidə iştirak etməkdə maraqlı olduqlarını bildirib və dəstək üçün təşəkkür edib.

Görüş çərçivəsində iki ölkə arasında turizm sahəsində görüləcək işlər və əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir