Çərşənbə , May 1 2024
azenru
Home / Təşkilat və Operatorlar / “ÜTT və YUNESCO-nun 3-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı” keçirilir

“ÜTT və YUNESCO-nun 3-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı” keçirilir

*Dövlət Turizm Agentliyi:

Dekabrın 3-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Ümumdünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə “ÜTT və YUNESCO-nun 3-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı” işinə başlayıb.

İstanbulda keçirilən tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Cəmilə Talıbzadə təmsil edir.

Konfransda 2 əsas priroritet məsələ üzrə müzakirələr aparılır:

– BMT-nin 17 ədəd Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən turizm və mədəniyyət sahəsi üzrə mütəxəssisləri arasında daha sıx və əsaslı əlaqələrin qurulması
– Multikulturalizmi və hər kəsin bərabərtərəfli iştirakını təmin edən turizm modellərinin təbliği.

Əsas şüarı “Hamının xeyri üçün” olan tədbir dekabrın 5-dək davam edəcək.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir