Çərşənbə axşamı , Aprel 30 2024
azenru
Home / İnnovasiyalar / Otellərin gələcəyi – Gəzən otaqlar

Otellərin gələcəyi – Gəzən otaqlar

Kanadada yerləşən “Aprilli Design Studio” şirkəti müstəqil səyahət edən  otel otaqları istehsal etməyə hazırlaşır. Bu yeni texnologiyadaki məqsəd müştərilərə öz otaqlarını tərk etmədən – qısası heç bir fiziki əziyyət çəkmədən getdikləri  şəhərləri gəzmək imkanı yaratmaqdır.

Otel otaqları batereya ilə gücləndiriləcək və 10 saata qədər fasiləsiz səyahət etmək  qüvvəsində olacaq. Hər bir otağın 5 nəfərə qədər müştəri tutumu var. Otaqlarda, quraşdırılmış yataqlar, şəxsi vanna otaqları, kiçik mətbəx və  əyləncə üçün ayrılmış xüsusi məkan yer alır.

Şirkət, otel sənayesində bir gün inqilaba yol aça biləcək bu innovasiyanı 2030-cu ilə qədər cəmiyyətə təqdim etməyi düşünür. Qeyd olunan tarixə baxdıqda,  bütün sənaye sahələrinin yüksək texnologiya ilə idarə olunacağı dövrün çox da uzaqda olmadığını proqnozlaşdırmaq mümkündür.

 

 

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir