Şənbə , May 18 2024
azenru
Home / Təşkilat və Operatorlar / Azərbaycanlı mütəxəssislər Almaniyada kənd turizminə dair təlimdə iştirak ediblər

Azərbaycanlı mütəxəssislər Almaniyada kənd turizminə dair təlimdə iştirak ediblər

*Dövlət Turizm Agentliyi:

Azərbaycanlı mütəxəssislər Almaniyada kənd turizminə dair təlimdə iştirak ediblər

Azərbaycan nümayəndə heyəti 2-8 dekabr tarixlərində Almaniyada “21-ci əsrdə kənd turizmi” mövzusuna dair təlim səfərində iştirak edib. Təlim səfəri Dövlət Turizm Agentliyi və Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Bakı nümayəndəliyinin dəstəyi ilə “Goethe İnstitutu” tərəfindən təşkil edilib.

Səfərdə kənd turizminin inkişafında maraqlı olan dövlət və özəl sektordan müxtəlif qurumların – Dövlət Turizm Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, “Camping Azerbaijan” ekoturizm təşkilatı, “Lahıc” qonaqevinin nümayəndələri təmsil olunublar.

Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dəvəti ilə təşkil olunan səfər çərçivəsində Berlində və Bavariyada Alman Səyahət Birliyi, Alman Turizm Assosiyasiyası, eləcə də turizm xidməti üzrə peşə məktəbi və müxtəlif assosiasiyalarla görüşlər keçirilib. Nümayəndə heyəti həmçinin Alp kəndlərində yerli sənətkarların və yerli məhsul istehsalı ilə məşğul olan fermerlərin işi ilə yaxından tanış olublar.

Səfərin məqsədi 21-ci əsrdə kənd turizminin təşkilində alman təcrübəsi ilə tanışlıq və müvafiq uğurlu təcrübələrin gələcəkdə Azərbaycanda tətbiq olunması üçün nəzəri və praktiki biliklərin əldə olunmasıdır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir