Cümə axşamı , May 16 2024
azenru
Home / Destinasiyalar / Google-da ən çox axtarılan – “Xorvatiya haradadır?”

Google-da ən çox axtarılan – “Xorvatiya haradadır?”

Google şirkəti 2018-ci ildə ən çox axtarılan məkanların siyahısını açıqlayıb. Nəticələrdə əsasən kiçik obyektlər və parklar olsa da, ilk onluğun ikinci sırasında “Xorvatiya haradadır? (Where is Croatia?)” sualı yer alıb.

Bir ölkənin harada olduğunun bu qədər axtarılması, yəqin ki bu ölkənin yüksəlişdə olduğunun və oraya marağın artdığının göstəricisidir.

Cavabı bilməyənlər üçün, Xorvatiya Avropada yerləşir. Bosniya və Herzeqovina, Macarıstan, Montenegro, Serbiya və Sloveniya ilə sərhəddir. Adriatik dəninizinin şimal sahilinin bir hissəsini əhatə edir:

 

Xorvatiyaya səyahət etmək istəsəniz, bunun üçün ən yaxşı vaxt aprel-oktyabr aralığı hesab olunur. Xüsusilə də yayda Xorvatiya möhtəşəm çimərlikləri ilə turistləri cəlb etməyi bacarır. Ölkənin görülməli yerləri, tarixi arxitekturası, buradakı qədim kilsələr, katedrallar və ləzzətli restoranlar buranı ziyarət etməyiniz üçün səbəblərdən yalnızca bəziləridir.

Onu da qeyd etmək lazımdır ki, ölkəyə artan marağın səbəblərindən biri də, “Taxt Oyunları (Game of Thrones)” serialının bəzi hissələrinin burada çəkilmiş olmasıdır:

 

 

 

 

 

 

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir