Şənbə , May 18 2024
azenru
Home / Vakansiyalar / Təyyarə bələdçisi (AZAL) – Vakansiya

Təyyarə bələdçisi (AZAL) – Vakansiya

*Azərbaycan Hava Yollarının mətbuat xidməti:

“Azərbaycan Hava Yolları” xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu 2018-ci il dekabrın 17-dən 2019-cu il yanvarın 17-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, mütləq qaydada azərbaycan, rus və ingilis dillərində sərbəst danışan xoş görünüşlü xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

– şəxsiyyət vəsiqəsi;                   

– bir fotoşəkil (3х4);             

– xarici pasport;

– diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları”nın (AZAL) Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir