Hər dəfə avia-qəza baş verdikdə, şübhəsiz ki, qara qutular haqqında eşidirik. Bu qurğular təyyarələrlə bağlı zəruri informasiyalar özündə saxlayır və qəzaların səbəbin araşdırılmasında ən önəmli rolu oynayır. 1950-ci illərdən etibarən, bu texnologiya aviasiya sənayesinə çox kömək edib. Bəs sizin bu qurğular haqqında başqa məlumatınız var? Yoxdursa, aşağıda qeyd olunmuş faktlar köməyinizə çatacaq:
- “Qara qutu” əslində qara rəngdə deyil. Əslində bu qutular, “beynəlxalq narıncı” adlanan çox əlvan bir rənglə boyanır.
- Aviasiya sənayesində çalışan şəxslər bu cihazı qara qutu adlandırmır. Onun terminoloji adı uçuş məlumat yazarıdır (Flight Data Recorder).
- Qara qutu iki hissədən ibarətdir: uçuş məlumatları yazılan hissə və pilot kabinəsindəki danışıqları qeyd edən hissə.
- Araşdırmalara və bugünə qədər analiz edilmiş qara qutulara nəzər saldıqda, qəzaların böyük hissəsinin mexaniki səhvlər deyil də, pilotların və təyyarənin baxımı ilə məşğul olan insanların səhvlərindən qaynaqlandığını görərik.
- Bütün təyyarələrdə qara qutularının mövcud olmasını zəruriyyətə çevirən ilk ölkə Avstraliyadır.
- Bu cihazlardakı məlumatı yalnız xüsusi təyinatlı insanlardan ibarət komitə analiz edib oxuya bilər.
- Bu qurğular uçuş haqqında informasiyaları 25 saat müddətinə yaza bildiyi halda, danışıqların yalnız 2 saatını qeyd edəcək həcmdədir.
- Yüksək texnologiyalı izləmə komponenti sayəsində, qara qutuların yeri okeanın dərinliklərində belə aşkar oluna bilir.
- Qara qutular təyyarələrin quyruq tərəfində yerləşir, çünki bu hissə qəza zamanı ən az zərər görən hissələrdən hesab olunur.
- Qara qutular dayanıqlıdır, amma məhvedilməz deyil. Bugünə qədər onlarla qara qutunun məlumatı alınan zərbələrə görə hələ da analiz edilə bilməyib.