Bazar ertəsi , Noyabr 25 2024
azenru
Home / Təşkilat və Operatorlar / Dövlət Turizm Agentliyi ilə Həştərxan vilayəti arasında əməkdaşlıq

Dövlət Turizm Agentliyi ilə Həştərxan vilayəti arasında əməkdaşlıq

*Dövlət Turizm Agentliyi:

Dövlət Turizm Agentliyi ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub

2018-ci il 19 dekabrda Dövlət Turizm Agentliyi ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.

İmzalanma Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən S.P Morozovla Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında görüş çərçivəsində baş tutub.

Tərəflər turizm sahəsində uzunmüddətli və konstruktiv əlaqələrin inkişaf etdirilməsi məqsədilə bir sıra məsələlər üzrə razılığa gəliblər.

Görüş zamanı Azərbaycan Respublikasının və Həştərxan vilayətinin turizm məhsullarının qarşılıqlı təşviqi və turist mübadiləsinin daha da artırılması üçün Həştərxan və Bakı şəhərləri arasında uçuşların bərpası, Xəzər dənizi kruiz xətti üzrə turizm layihəsinin həyata keçirilməsinin təşviq edilməsi məsələləri müzakirə olunub.

Tərəflər arasında birgə turizm proqramları və layihələrində qarşılıqlı iştirak etmək, tur operatorları arasında birbaşa əməkdaşlığı inkişaf etdirmək üzrə razılaşma əldə olunub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir