Bazar ertəsi , May 13 2024
azenru
Home / Xəbərlər / Azərbaycanda turistlər üçün bu turlar ləğv edildi

Azərbaycanda turistlər üçün bu turlar ləğv edildi

Azərbaycana gələn çinli turistlərin turları təhlükəsizlik məqsədilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının üzvü Kənan Hənifəyev deyib.

O bildirib ki, çinli turistlərin turlarının təxirə salınması nəticəsində turizm şirkətlərinin fevral, mart ayı üçün nəzərdə tutduqları böyük turist qruplarının rezervasiyaları ləğv edilib və dondurulub. Bu isə Azərbaycanın turizminə zərər vurur: “Yerli turistlərimizin də Çinə səfərləri dayandırılıb, aviareyslər bir müddətlik təxirə salınıb. Səfərlərini əvvəlcədən planlaşdıran turistlərimiz isə turpaketlərini geri qaytarırlar. Onların aldıqları aviabiletlərin ödənişləri həm Azərbaycan Hava Yolları, həm də Çin Hava Yolları tərəfindən cəriməsiz şəkildə geri qaytarılır”.

K.Hənifəyev əlavə edib ki, koronavirusın yayılması Çinin turizm bazarına çox mənfi təsir göstərib: “Çinə gələn turistlərin sayında demək olar ki, 90 faiz azalma müşahidə edilir. Bu da birbaşa olaraq virusla əlaqədardır. Bu hal ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək. Virusun yayılması həm turizm, həm logistika, həm də ticarətin digər sahələrinə mənfi təsir göstərir”.

Assosiasiya nümayəndəsi deyib ki, proqnozlara görə, koronavirusun tam olaraq neytrallaşması mart ayının ortasına kimi davam edə bilər: “Ümid edirik ki, virusla mübarizədə tez bir zamanda müsbət irəliləyiş olacaq və dünya turistləri təhlükəsiz şəkildə istənilən ölkəyə səyahət edə biləcəklər”.

Trend.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir