Cümə , May 10 2024
azenru
Home / Destinasiyalar / “Ulduzlu Gecə” Amsterdam İşıq Festivalında

“Ulduzlu Gecə” Amsterdam İşıq Festivalında

Məşhur rəssam Van Gogh-un “Ulduzlu Gecə” əsəri serbiyali sənətçilər İvana Jelic və Pavle Pertrovic tərəfindən LED işıqlar vasitəsilə yenidən canlandırılıb. Bu işıqlardan ibarət böyük panel  7-ci Amsterdam İşıq Festivalını bir hissəsidir və Amsterdam şəhərinin kanalları üzərində quraşdırılıb. Sənətçilər bu əsərin həm də şəhərlərin işıqlar tərəfindən “çirklənməsi” məsələsinə diqqət gətirəcəyinə inanır.

Belə ki, statistikaya əsasən gecələr səmalar aydınlansa da,Yer Kürəsinin 80 faizində  işıq çirklənməsi nəticəsində ulduzlar yox olmağa davam edir. Bu göstərici isə Avropa və ABŞ-da daha pisdir. Bu  səbəbdən də “Ulduzlu Gecə” əsərinin sırf ışıqlarla canlandırılması xüsusi bir mesaj daşıyır.

Əsər 1400 ədəd kiçik akrilli çubuqların bir yerə yığılması və LED işıqları ilə işıqlandırılması nəticəsinə ərsəyə gəlib.İdeya isə Amsterdamdakı Van Gogh muzeyi tərəfindən irəli sürülüb.

Qeyd edək ki, ümumilikdə festival yanvar ayının 20-sinə qədər davam edəcək.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir