Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Xəbərlər / “Financial Times”: Böyük Britaniyda sərmayəçilər üçün viza şərtləri sərtləşir

“Financial Times”: Böyük Britaniyda sərmayəçilər üçün viza şərtləri sərtləşir

TravelNews “REPORT”a istinadən xəbər verir ki, Böyük Britaniyada çirkli pul yuyulmasına qarşı mübarizə çərçivəsində sərmayəçilərə viza verilməsi şərtləri sərtləşdirilir.

“Tier1” vizası ilə əvvəllər ölkəyə gələn bir çox rusiyalı və çinli sərmayəçilər burada məskən saldığı halda, bundan sonra xarici ölkələrdən gələn sərmayəçilərə qarşı daha sərt tələblər irəli sürüləcək.

Həmin tədbirlərin Solsberi şəhərində rus hərbi kəşfiyyatının keçmiş zabiti Sergey Skripalın Rusiya istehsalı olan maddə ilə zəhərlənməsindən sonra bu ölkə ilə münasibətlərdəki gərginliyin nəticəsi olduğu bildirilir.

Böyük Britaniya Daxili İşlər Nazirliyi tərəfindən gələn ay tətbiq ediləcək yeni qaydalara görə, “Tier1” dərəcəli sərmayəçi vizasını almaq üçün milyon funtdan çox vəsaiti əvvəlki kimi 90 gün ərzində yox, azı 2 il ərzində idarə etmək barədə dəlillər təqdim olunmalı, sərmayə isə qiymətli kağızlara yox, müəssisələrə qoyulmalıdır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir