Şənbə , May 18 2024
azenru
Home / Digər / Azərbaycandakı qadınlarla bağlı maraqlı statistika

Azərbaycandakı qadınlarla bağlı maraqlı statistika

İqtisadçı ekspert Rövşən Ağayev ölkədə gender statistikası ilə bağlı diqqətçəkən məqamları açıqlayıb. 

TravelNews “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, sosial şəbəkədə bildirib ki, əmək qabiliyyətli yaşda hər 100 kişidən 78 nəfəri, hər qadından isə 63 nəfəri iqtisadi cəhətdən fəaldır: “Əmək qabiliyyətli yaşında olub müxtəlif səbəblərdən (ev işləri, erkən pensiya, təhsil, əlillik və s.) işləməyən hər 100 nəfərdən 66 nəfəri qadınlar, 34 nəfəri kişilərdir.

İqtisadi cəhətdən qeyri-fəal olan, heç bir rəsmi fəaliyyətə cəlb edilməyən xanımların təxminən 45%-i (630 min nəfər) “evdar” statusu olanlardır.

İqtisadiyyat üzrə qadınların rəsmi məvacibləri kişilərin maaşlarının təxminən yarısına bərabərdir.

Bütün məşğul qadınlarımızın14%-i, kişilərin 20%-i ali təhsillidir.

Hər 1000 nəfər hesabı ilə kənd yerlərində universitet təhsili olan qadınların sayı şəhərlərə nisbətən 2 dəfə aşağıdır.

Qadın işsizlərin sayı kişilərə nisbətən 40% çoxdur.

Şəhər yerlərində işsiz qadınların hər nəfərindən 64 nəfəri 29 yaşdan aşağı olan gənc xanımlardır.

Kənd yerlərində məşğul hesab edilən hər 100 qadından ən azı 75 nəfəri ağır əl əməyinə əsaslanan aqrar sektorda, cəmi 25 nəfəri qeyri-kənd təsərrüfatı işlərində çalışır.

Ümumilikdə isə iqtisadiyyat üzrə çalışan hər 100 qadından təxminən 60 nəfəri ixtisassız və ya az ixtisas tələb edən sahələrdə – aqrar və ticarət sahəsində çalışır.

Bütün iqtisadi fəal qadınların cəmi 25%-i rəsmi əmək müqaviləsi əsasında çalışır. Yəni ən yaxşı halda hər 100 qadından 25 nəfəri ona pensiya hüququ, xəstəlik və analıqla bağlı, istirahət üçün məzuniyyət hüququ qazandıracaq sosial sığorta sistemi ilə əhatələnib.

Rəsmi sahibkarlıq subyektlərinin ən yaxşı halda 20%-i qadınlardır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir