Şənbə , May 11 2024
azenru
Home / Təşkilat və Operatorlar / Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyədə səfərdədir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-3 noyabr aralığın Ankara şəhərində keçirilən 3-cü Milli Turizm Sammitində iştirak etmək məqsədilə Türkiyədə səfərdədir.

TravelNews.Az xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan Sammitdə turizm sektoru üzrə dünyanın müxtəlif ictimai institutları, müəssisə, birlik, şirkət və qeyri-hökumət təşkilatları nümayəndələri təmsil olunur. Tədbirin açılış mərasimində Rəcəb Tayyib Ərdoğan Türkiyə iqtisadiyyatında turizmin əhəmiyyəti və turizm sahəsində mövcud qlobal çağırışlar barədə çıxış edib.

Səfər çərçivəsində Əbülfəs Qarayev türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüş keçirib. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb. Müzakirə olunan məsələlər arasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupun formatının genişləndirilərək turizm sənayesi və mədəniyyət üzrə ixtisaslaşmış assosiasiyaların və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə mədəniyyət və turizm üzrə Azərbaycan-Türkiyə birgə Komissiyasının yaradılması, turizm və rekreasiya zonalarının yaradılması sahəsində əməkdaşlığın qurulması, Bakı – Tbilisi – Qars dəmiryolu üzrə turist mübadiləsinin təşkili yer alıb.

Nazir Əbülfəs Qarayev Türkiyənin məhz Azərbaycanın İSESKO Baş Konfransına sədrliyi dövründə İSESKO-ya üzv olma niyyətinin reallaşması istiqamətində müsbət addımlar atmasının təqdirəlayiq hal olduğunu qeyd edib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir