Şənbə , May 18 2024
azenru
Home / Blog / Valehedici Gürcüstan – SƏFƏR TƏƏSSÜRATLARI + ARAŞDIRMA (I HİSSƏ)

Valehedici Gürcüstan – SƏFƏR TƏƏSSÜRATLARI + ARAŞDIRMA (I HİSSƏ)

Üç günlük Gürcüstan səfəri gözlədiyimizdən daha maraqlı və dəyərli keçdi. Hər dəfə bu ölkəyə səyahət etdikcə gördüyümüz yeniliklər, gözəlliklər və möhtəşəm turizm abu-havası insanı valeh edir.

TravelNews.Az komandası Gürcüstanın Kaxetiya bölgəsinə, eyni zamanda paytaxt Tbilisiyə səfər edib, yeni turları, hazırki qiymətləri və yeni il üçün nəzərdə tutulan tur qiymətlərini araşdırıb. Qeyd edək ki, araşdırma üç hissədə yayımlanacaq.

Oktyabrın 27-si axşam qatarla Balakənə yollandıq. Balakən qatarı saat 22:10-da yola düşür, 09:55-də isə ünvana çatır. Bəzən gecikmələr də ola bilər. Kupe növündə qiymətlər yerdən asılı olaraq (üst-alt) 9.90 AZN – 11.90 AZN arası dəyişir. Qatarların vəziyyəti normaldır. Hər kəs üçün təmiz yataq dəsti verilir. Sadecə kupedə pəncərələr açılmadığından isti olur. Balakənin dəmir yolu vağzalından sərhəd keçid məntəqəsinə qədər əslində, 15-20 dəqiqəlik yoldur. Asfalt dağıldığı üçün maşınlar bu yolu 35-40 dəqiqəyə getməli olurlar. Taksilər sərhəddə qədər olan məsafəni bir nəfər üçün 1.5 – 2 AZN arasında dəyişən qiymətlərlə aparırlar. Sərhəd keçid məntəqəsi sıxlıq olmasa da, maraqlı məqam diqqətimi çəkdi. Turistlər üçün yaradılmış “yaşıl dəhliz”ə girişi xarici vətəndaşlara icazə versələr də, yerli turistlərə icazə verilmədi. Gömrükçülərin səbəbi çox maraqlı idi: “yerli əhaliyə güvənmirik”.

Sərhəd keçid məntəqəsini keçəndən sonra bizi maşın qarşıladı. Sərhəddən Laqodexiyə qədər olan məsafə 6 km-dir. Qeyd edək ki, Laqodexi Kaxetiya tarixi ərazisinində şəhərdir. Adının Leketi sözündən yarandığı ehtimal olunur. Leketi tərcümədə leklərin vətəni deməkdir. Qafqaz Albaniyasının tayfalarından biri hesab edilən leklərin indiki ləzgilər olduğu qəbul edilir. Leklər patriarx Foqarmanın nəslindən olan Lekosun adından aldığı hesab olunur. Gürcü əfsanələri də bunu qəbul edir. Leklərin Alazan çayının sağ sahilində yaşadığı dəqiqdir. Gürcülər ləzgilərdən başqa avarları da lek adlandırırlar. Daha sonralar bu ərazidə gürcülərin güclü dövlət qurulmasıyla ləzgilərin çoxu buradan çıxarılır, bölgənin adı da Leketidən Lekoyetiyə, Leqodetiyə çevrilərək sonda, indiki adını Laqodexini almışdır. Şəhər olaraq əsası isə 8-ci əsrdə gürcü çarı Arçilin Lakuasti qalasının tikilməsiylə qoyulub. Qaldığımız otelə çox yaxın ərazidə Laqodexi Milli Parkı (qoruq) yerləşirdi və hər il minlərlə insan bu qoruğun ərazisindən keçib şəlalələrə və dağlara qalxır, kampinq edir. Onu da bildirim ki, Laqodexi küçələrinə su xəttləri çəkildiyi üçün yollar dağıdılıb və hazırda bərpa işləri aparılır.

Növbəti hissədə izləyicilərimizə qaldığımız otel – “Kavkaziani”, Kaxetiya turları və qiymətlər barədə məlumatlar veriləcək…

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir