Bazar , May 19 2024
azenru
Home / Tədbirlər / Azərbaycan Hotel Assosiasiyasının prezidenti təşkilatın üzvlərinə təqdim olunub

Azərbaycan Hotel Assosiasiyasının prezidenti təşkilatın üzvlərinə təqdim olunub

Martın 12-də Azərbaycan Hotel Assosiasiyasının 50-dən çox üzvünün iştirakı ilə tədbir təşkil olunub.

Tədbirdə Assosiasiyanın yeni prezidenti Martin Kleinmann üzvlərə təqdim olunub, həmçinin təşkilatın üzvlərinə üzvlük sertifikatları verilib, işçi qruplar müəyyənləşdirilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin nümayəndələri çıxış edərək turizm və hotelçilik sənayesinin səmərəli fəaliyyəti üçün əlverişli mühitin yaradılması məqsədilə görülən tədbirlər, turizmin inkişafı üçün beynəlxalq miqyasda atılan addımlar, eləcə də iyun ayında ölkəmizdə keçiriləcək BMÜTT İcraiyyə Şurasının 110-cu sessiyası haqqında məlumat verilib.

Sahibkarlığın İnkişafı Fondunun Təhlil və Risklərin İdarəolunması şöbəsinin müdiri Elxan Quliyev tədbirdə iştirak edərək fondun fəaliyyət mexanizmi və hotellərə güzəştli kreditlərin verilməsi haqqında hotel rəhbərlərini məlumatlandırıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir