Cümə , Noyabr 22 2024
azenru
Home / Destinasiyalar / Bəs siz bilirdinizmi?

Bəs siz bilirdinizmi?

Bəs siz bilirdinizmi, Kamboca geniş  bitki örtüyü, çox çeşidli heyvanat aləmi və fərqli dinlərə ev sahibliyi edir. Rəsmi adı Kamboca Krallığı adlanır. Krallığa qonşu ölkələr Tayland, Laos və Vyetnamdır.
Kamboca mədəniyyəti 2000 il boyunca Hindistan və Çin mədəniyyətindən  təsirlənərək və bunu digər Cənubi Asiya mədəniyyətlərinə daşımışdır. Ölkə ən böyük zərəri Qızıl Kəmər lideri Pol Pot tərəfindən görmüşdür. Pol Pot Kənd kənd təsərrufatı  yönümlü ölkə qurmaq xəyalıyla Kambocanın bütün ziyalıları, elm adamlarını, sənətkarları  və milyonlarca Kamboca xalqını düyü tarlalarında işlətmək istəmiş və buna qarşı çıxanları öldürtmüşdür. Rəsmi rəqəmlərə görə təxminən 1.5 milyon Kambocalı Pol Pot-a qarşı çıxması nəticəsində öldürülmüşdür.  Bu isə xalqın tarixində bu günədək dərin iz buraxmışdır.
Kambocada  görülüb-gəziləsi  vacib olan  yerlər:
• Angkor Wat məbədi
• Sihanoukville
• Punon Pen
• Tonle Sap Gölü üzən evlər
• Battambang
• The Killing Fields (Ölüm tarlaları)
• Kep qəsəbəsi
• Bokor Ulusal Parkı
• Preah Vihear Tapınağı
Kambocada yerli pul vahidindən əlavə  dollardan da istifadə olunur. Küçələrdə kiçik ölçülü alış-verişləriniz üçün ödəmə etməsəniz  yerli pul vahidi olan Riel-dən istifadəyə ehtiyac yoxdur.
Kambocada qidalanma çox ucuz başa gəlir. Qiymətlər əsas küçələrin  kiçik köşklərində  1-2 dollar arası,
Restoranlarda isə 3-5 dollar arası dəyişir.  Daha çox pul xərcləmək istəsəniz  paytaxt Punon Pen-də dünya standartlarına uyğun yeməklər dada bilərsiniz.
Kambocada şəhəriçi gəzinti  üçün rahat ola bilərsiniz çünki nəqliyyat xərci 1-2 dollar arası dəyişir. Tuk-Tuklar, yəni moped taksilərə hər küçə başında rast gəlmək mümkündür. Şəhərlərarası nəqliyyatı isə maksimum 15 dollara həll edə bilərsiniz. Məsələn, Yol xərci Siem Reap-dan Taylanda hər istiqamətə 13 dollara başa gəlməkdədir.
Kamboca mədəniyyəti və adət-ənənələri yüzlərlə il öncəsinə gedən tarixə sahibdir. İllər keçsə də, Kamboca xalqı Buddizm və Hinduizmin eyni vaxtda təsiri səbəbilə yaranan adət-ənənələrinə çox hörmət edir və çox bağlıdırlar. Xalqın ənənəvi salamlaşmasına Chumreap Suor adı verilmişdir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir