Bazar ertəsi , Aprel 29 2024
azenru
Home / Xəbərlər / İndoneziyada iki ada tamamilə su altında qalıb

İndoneziyada iki ada tamamilə su altında qalıb

İndoneziyanın Cənubi Sumatra əyalətinin tərkibinə daxil olan iki ada suyun altında qalıb. “Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, bu barədə “The Straits Times” qəzeti yerli “Ətraf Mühit üzrə Forum”un təşkilatının məlumatlarına istinadən yazıb.

Buna səbəb qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin qalxması olub. Betet və Qundul adaları hazırda dəniz səviyyəsindən 1-3 metr aşağıdadır. Bildirilir ki, əgər təcili tədbirlər görülməsə, daha dörd ada su altında qala bilər.

Burunq adası artıq yox olma həddindədir, Kalonq və Salah Namao sudan təxminən 2 metr, Kramat adası isə sudan 3 metr hündürlükdədir.

Qeyd edək ki, dünyanın ən böyük arxipelaqı olan İndoneziyanın tərkibinə 18 min ada daxildir.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir