Cümə , Noyabr 22 2024
azenru
Home / Nəqliyyat / “Ağ Şəhər” metro stansiyası

“Ağ Şəhər” metro stansiyası

TravelNews Trend-ə istinadən xəbər verir ki,Bakının Nobel prospektində, “Ağ Şəhər” ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yeni stansiya üçün ayrılan ərazi təmsil etdiyi qurum tərəfindən hasarlanıb: “Stansiyanın yeri artıq məlumdur. Şərti adı “Y-14” adlandırılır. Yeni metro stansiyası “Dərnəgül” – “Xətai” xətti üzərində, yəni Yaşıl xətdə yerləşəcək, “Xətai”dən sonrakı stansiya olacaq”.

B.Məmmədov qeyd edib ki, stansiyadan əsasən tikilməkdə olan “Ağ Şəhər” yaşayış məntəqəsinin sakinləri rahatlıqla istifadə edəcəklər.

Xatırladaq ki, Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına uyğun olaraq tikilməkdə olan Yaşıl xəttin ümumi uzunluğu 41,8 km olacaq. Yaşıl xətt Bakının Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Nizami”, “Cəfər Cabbarlı” və Xətai” stansiyaları artıq istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir