Cümə , May 17 2024
azenru
Home / Digər / Gəlin, insan bədəninə səyahət edək!

Gəlin, insan bədəninə səyahət edək!

Bildiyimizə görə, yer üzündə bir çox muzey var. Necə deyərlər, əgər səyahət etdiyin ölkəni daha yaxşı tanımaq istəyirsənsə onda ilk olaraq həmin ölkənin muzeylərini ziyarət etməlisən. Elə buna görə də əksər turistlər başqa bir ölkəyə giriş edəndə əvvəlcə muzeylərə axın edirlər. Və qarşılarına bənzərsiz olan bir çox muzey çıxır. Bunlardan biri də “İnsan bədəni” muzeyidi. İlk dəfə adını deyəndə adama qəribə gəlir. Ancaq düşünürəm ki, hər insan öz vücudunu tanımaq istəyər. 14 mart 2008-ci ildə inşa olunmuş muzeyin görüntüsü bina üzərində əyləşmiş insan fiquru şəkilindədi.
“Corpus ”  adı verilən muzey Holladiyanın Oegstgeest şəhərində yerləşir. 35 metrlik vücud 7 mərtəbədən ibarətdir və səyahətə öncə bədənin ayaq hissəsindən başlanır. Bu qeyri-adi muzeyi ziyarət edənlər eskalator vasitəsilə nəhəng insanın daxili orqanlarına doğru hərəkət edir, burada ürək, böyrək, əzələ, ağciyər və digər orqanları böyüdülmüş formada izləmək imkanı əldə edirlər.

55 dəqiqəlik ekskuriya müddətində muzeyi ziyarət edən şəxslər insan orqanları ilə yaxından tanış olmaqla bərabər, daxili orqanların çalışarkən çıxartdıqlarıı səsləri eşidir, vücudun çalışma prosesi haqqında daha dəqiq məlumat əldə edirlər. Bu maraqlı muzeyi süni formada da olsa izləmək yəqin
ki, hər kəsdə maraq oyadır. Nəhayət ki, bu muzey bizim bədənimizin çalışma ritmini nümayiş edən fiqurdur.
Müəllif : Gülnar Nəzərova

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir