Cümə axşamı , May 9 2024
azenru
Home / Digər / Türkiyədən turistlərə lazımlı mesaj

Türkiyədən turistlərə lazımlı mesaj

 

Travelnews Yeni Alanya qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Qida Tullantıların Qarşısının Alınması Platforması, otellərdə qida tullantılarının qarşısını almaq üçün əhəmiyyətli bir addım atıb.

Bu layihəyə ilk olaraq 250 mehmanxana qoşulmuşdur. Platforma 5 il ərzində bütün turizm bölgələrində qida israfını 70% azaltmağı hədəf kimi qarşısına qoyub. 820 milyondan çox insanın aclıq çəkdiyi bir dünyada, turistlər üçün istehsal edilən qidanın 1/3 milyard tonu zibilə gedir, tək Türkiyədə isə bu məbləğin 18 milyon ton olması diqqət çəkir.

Məlumatlara görə, inkişaf etmiş ölkələrdə qida tullantıları 680 milyard dollar, inkişaf etməkdə olan ölkələrdə isə 310 milyard dollar təşkil edir. Türkiyədə isə bu məbləğ 37 milyard dollardır. Qida tullantılarını maksimum azaltmaq istəyən platforma mehmanxanalar üçün “mavi bayrağa” bənzər bir layihə təqdim edir.İlk olaraq, 250 otelin qoşulduğu bu layihənin ilk edəcəyi işlər: boşqabların kiçildilməsi, personalın xüsusi təlim keçməsi və məlumatlandırıcı elanların asılmasıdır. Bundan əlavə, mehmanxanalarda qalan ailələrin uşaqlarına da animatorlar vasitəsilə məlumatlar təbliğ ediləcək.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir