Çərşənbə , May 15 2024
azenru
Home / Destinasiyalar / Əfsanəvi Eltz

Əfsanəvi Eltz

Eltz qalası Almaniyanın ən məşhur və gözəl qəsrlərindən biridir.  Qəsr meşənin içərisində ReynlandPfalz kəndinin yaxınlığında yerləşir. Qalanın unikallığı ondadır ki, o heç vaxt heç bir hücuma məruz qalmayıb,heç vaxt dağıdılmayıb.

Qala haqqında ilk məlumat 1157-ci ilə məxsusdur. Germania.one saytının verdiyi məlumata görə, qala bir ailənin mülkü olmuşdur və artıq 30-cu nəsildir ki, bu qalaya sahiblik edirlər.

Qala XII əsrdə Eltz çayının vadisində tikilmişdir. Qalaya 30-40 metr hündürlükdə olan 8 qüllə daxildir. Qüllələr xarici divarlara bərkuidilmişdir. Qalada 100-dən çox otaq var, vaxtilə burada ailənin 100 üzvü qalırdı. Qalanın ən qədim hissəsi roman stilində saxlanılmış Plattelz-dir. 1490-1540-cı illərdə qəsrin daxilində “rodendorf” adlanan evlər tikilməyə başladı. Bu adı sahibkarların birinin yoldaşının adından götürüldüyü bildirilir. 1604-cü ildən 1661-ci ilədək isə qalanın daxili həyətində “kempenix” adlanan evlər tikilməyə başladı.

Qalanın sonuncu yenidənqurma işləri 1845-1888-ci illərdə həyata keçirilmişdir. Hal-hazırda Elz Frankfurt-Mayne şəhərində yaşayan varisin mülküdür. Hazırda qalaya turistlər üçün ekskursiyalar təşkil edirlər və yığılan pulları qəsrin təmirinə sərf edəcəklər.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir