Çərşənbə , May 1 2024
azenru
Home / Tədbirlər / Azərbaycanın işgüzar turizm imkanları Almaniyada təbliğ olunur

Azərbaycanın işgüzar turizm imkanları Almaniyada təbliğ olunur

Azərbaycanın işgüzar turizm imkanları 21-23 may tarixlərində Almaniyada keçirilən, işgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri sayılan “IMEX Frankfurt” sərgisində tanıdılır.

Beynəlxalq sərgidə ölkənin işgüzar turizm potensialını tanıtmaq və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaq üçün Azərbaycan Konqreslər Bürosu ilə birlikdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, “Buta Airways”, Bakı Konqres Mərkəzi, “PAŞA Travel/Konqres” şirkətləri ilə yanaşı, “Absheron Hotel Group”, “JW Marriott Absheron Baku” hotelləri də iştirak edir.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi və Azərbaycanda İşgüzar Tədbirlər Sənayesi Alyansının formalaşdırılması istiqamətində aktiv iş aparılır.

2002-ci ildən başlayaraq hər il keçirilən “IMEX Frankfurt” sərgisi Almaniyanın görüşlər, konfranslar, tədbirlər və işgüzar səyahətlər sahəsində ən mühüm ticarət sərgisi sayılır. Ötən il 10 minə yaxın ziyarətçi qəbul edən sərgidə bu il dünyanın 150-dən çox ölkəsinin nümayəndələri təmsil olunurlar.

Dövlət Turizm Agentliyi

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir