Cümə axşamı , Noyabr 28 2024
azenru
Home / Destinasiyalar / Fərqli destinasiyalara səyahətləri sevənlər üçün

Fərqli destinasiyalara səyahətləri sevənlər üçün

Bildiyimiz kimi, sıldırımlı qayalar və dərin kanyonlara malik olan Pataqoniya Cənubi Amerikada yerləşən Argentina və Çilini ayıran yayladır.

EcoCamp isə Pataqoniyada Torres del Paine adlanan yerdə salınmış ekoloji düşərgədir.

EcoCamp Çilidə fəaliyyət göstərən daxili tur operator olan Cascada Expediciones tərəfindən idarə edilir. Cascada 1991-ci ildə qrup yoldaşı olan Yerko Ivelic və Javier Lopez tərəfindən yaradılmışdır. Ətraf mühit nəzarətçisi Nani Astorga 20 ildir ki, bu tur operatorda çalışır və Pataqoniya, Çili, Argentina və Boliviyaya ekzotik səyahətlər, trekking, alpinizm, at sürmə, rafting, kayak, yırtıcıların həyatına müşahidə və şərab turları təşkil edir.

EcoCamp 2001-ci ildə Javier, Yerko və Nani tərəfindən açılmışdır. Regionun ilk istifadəyə verilmiş otağı  Amazonun cənubunda yerləşir və dünyanın ilk geodeziya otel otağı sayılır.

EcoCamp Puerto Natales və Punta Arenas kimi qonşu şəhərlərindən olan təlimatçılar, aşpazlar, köməkçiləri, təmir işçiləri, sürücülər, ev işçiləri və administratorlar ibarət işçi qüvvəsi ilə çalışır. Onların çalışqan və pozitiv münasibəti həm qonaqlara, həm də bütün personala xoş aura bəxş edir.

Burada siz yerləşdirmə, qidalanma, bələdçi, yoga, pilates, spa, transfer xidmətlərindən istifadə edə bilərsiniz. Hotel ərazisində isə siqaret çəkmək qadağandır.

Pataqoniyaya səyahət edənlər ən çox yanvar, fevral aylarında gedirlər, hava nisbətən ilıq olduğu üçün. Bəziləri isə oktyabr, noyabr və mart, aprel aylarında getməyə üstünlük verir. Bu aylar soyuq olsa da, külək və adam az olan aylardır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir