Bazar , May 5 2024
azenru
Home / Tədbirlər / Gimnastlarımız Budapeştdə 6 medal qazanıb

Gimnastlarımız Budapeştdə 6 medal qazanıb

Bu həftəsonu, idman gimnastikası üzrə milli komandalarımızın gənc üzvləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq yarışda çıxış ediblər.

TravelNews Milli.Az-a istinadən  xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının verdiyi məlumata görə, təmsilçilərimiz turnirdə müxtəlif yaş kateqoriyalarında ölkəmizi uğurla təmsil edərək, 6 medal qazanıblar. Komandamızın hesabına ən çox medal yazdıran Rüstəm Əhməd olub. Belə ki, gimnastımız turnikdə gümüş (12.650), halqalarda (12.400) və sərbəst hərəkətlərdə (12.300) isə bürünc medal qazanıb. Gənc idmançımız qızıl medalını isə 73.400 xalla çoxnövçülükdə əldə edib.

Turnirdə digər təmsilçimiz Mənsum Səfərov da dəstəli atda uğurlu çıxış nümayiş etdirib və 11.350 xal toplayaraq, bürünc medala sahiblənib. Yarışlarda daha bir medal qazanan gimnastımız Səməd Məmmədli olub. Turnikdə hərəkətlərinə görə hakimlərdən 12.650 xal alan Səməd, yarışların bürünc medalına sahiblənib.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir