Cümə , Noyabr 22 2024
azenru
Home / Digər / Maduro Venesuela ilə Kolumbiyanın sərhəhidi açmaq göstərişi verdi

Maduro Venesuela ilə Kolumbiyanın sərhəhidi açmaq göstərişi verdi

TravelNews RBC-ya əsasən xəbər verir ki, Venesuelanın prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhədlərini açmışdır. Qeyd edək ki, sərhədlər bu ilin fevral ayında Kolumbiyanın “suverenlik hədə-qorxusundan” sonra bağlanmışdır. Bu haqqda prezident öz rəsmi twitter səhifəsində yazmışdır.

” Öz suverenliyimizi tam bərpa etdikdən sonra, iyunun 8-dən Kolumbiyanın Taçira ştatından başlayaraq sərhəd keçidlərini açmaq qərarına gəldik. Biz öz hüquqlarımızı qoruyan müstəqil və sülhsevər millətik”- Maduro bildirib.

Kolumbiya ilə sərhəd fevralın 23-də bağlanmışdır, belə ki, Kolumbiyadan Venesuelaya humanitar yardım göndərilən yük maşınlarının içərisindən silah hazırlamaq üçün vəsaitlər tapılmışdır.

Həmçinin, Kolumbiya Venesuela ilə bu ilin qışında diplomatik əlaqələri də kəsmişdir. Kolumbiyanın Xarici İşlər Naziri isə venesuelalı diplomatların tam təhlükəsizliyini qoruyaraq onların 24 saat ərzində ölkəni tərk etməsini əmr etmişdir.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir