Cümə axşamı , May 9 2024
azenru
Home / Reportajlar / Fuad Nağıyev: Azərbaycan turizmi öz inkişafında vacib olan sabitlik amilinə görə, heç şübhəsiz, Heydər Əliyevə borcludur

Fuad Nağıyev: Azərbaycan turizmi öz inkişafında vacib olan sabitlik amilinə görə, heç şübhəsiz, Heydər Əliyevə borcludur

1991-ci ilin 18 oktyabrında müstəqilliyimizi qazandıqdan sonra təəssüf ki, ölkəmizin başı üzərindən qara buludlar çəkilmədi. Əksinə, Qarabağ ətrafında baş verən proseslər, torpaqlarımızın ard-arda işğalı, hakimiyyətdaxili böhranın getdikcə artması müstəqilliyimiz üçün yeni təhlükələr yaratdı. Həmin dövrdə cəmiyyətdə qorxu, narahatlıq, ümidsizlik hökm sürürdü. İnsanların güclü, onları ətrafında sıx birləşdirə biləcək, bu çıxılmaz vəziyyətdən çıxarda biləcək şəxsiyyətə, sanki bir xilaskara ehtiyacı var idi. Üstəlik, vətəndaş müharibəsi təhlükəsi xalqımızı parçalaya bilərdi.

1993-cü ilin 15 iyununda Ali Məclisin sədri seçilməklə Heydər Əliyev xalqı birləşdirdi, insanların ümidsizliyinə son qoydu. Onlarda işıqlı gələcəyə ümidi, güclü inamı yaratdı. Məhz buna görə də xalqın istəyi və tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xalqımızın gözündə qurtarıcı, xilaskar kimi öz əbədi abidəsini ucaltdı.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, Heydər Əliyevin əzmi, siyasi iradəsi, uzaqgörənliyi, balanslı siyasəti ölkədə sabitlik, əmin-amanlıq yaratdı. Atəşkəsin imzalanması, “Əsrin müqaviləsi”, uğurlu neft diplomatiyası, ardıcıl olaraq həyata keçirilən düzgün, dövrün tələbinə uyğun daxili və xarici siyasəti beynəlxalq səviyyədə ölkəmizi tanıtdı, Azərbaycanın müasir, inkişaf etmiş dünyaya inteqrasiya etməsinə səbəb oldu.

Dünya ictimaiyyətinə Azərbaycan adlı ölkənin mövcudluğu, bu qədim torpaqların sahib olduğu zənginliklər haqqında məlumatlar verildi. Turizmin inkişafı, ölkənin xaricdə tanıdılması üçün ilkin addımlar atıldı.

“Turizm üzrə qanunun hazırlanması və bu sahəyə daha çox diqqətin ayrılması öz bəhrəsini verdi. 2001-ci ildə Ümumdünya Turizm Təşkilatına üzv qəbul edilməsi ilə Azərbaycan beynəlxalq turizm ictimaiyyətini ölkəmiz haqqında məlumatlandırmaq üçün mühüm platformaya sahib oldu. Turizm sahəsində kiçik və orta sahibkarlıq inkişaf etdirildi, yeni infrastrukturlar yaradıldı”,-deyə Fuad Nağıyev söyləyib.

Ən əsas məqam kimi vurğulayıb ki, bu gün Azərbaycan turizmi bu sahənin inkişafında ən vacib amillərdən olan sabitlik və təhlükəsizliyə görə, heç şübhəsiz, Heydər Əliyevə borcludur. Əminliklə deyə bilərik ki, turizm sahəsinin hazırkı uğurlarının möhkəm özülü məhz o dövrdə Heydər Əliyevin doğru qərarlarının, vaxtında və məqsədyönlü atılan addımlarının nəticəsidir.

Dövlət Turizm Agentliyinin sədri deyib: “Azərbaycanın tarixində əvəzsiz xidmətlərə malik bir şəxsiyyət kimi Heydər Əliyev bizim üçün örnək, qürur mənbəyidir. Məhz buna görə də 15 iyunun Milli Qurtuluş Günü kimi qeyd olunmasının tarixi əhəmiyyəti çox böyükdür.

© AZƏRTAC

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir