Beynəlxalq Piknik Gününün nə vaxt və necə yarandığı dəqiq şəkildə məlum deyil, lakin bugün bütün qitələrdə sevə-sevə qeyd olunur. Bir neçə yüz il bundan əvvəl piknik etmək yüksək təbəqəli cəmiyyətin məşğuliyyəti idi, pikniklərə ancaq elita toplanırdı. Vaxt keçdikcə isə gənclər və ailəli cütlüklər arasında geniş vüsət almağa başladı.
Tarixə baxsaq görərik ki,
- ilk dəfə toplu şəkildə piknik edən xalq fransızlar olmuşdur. Getdikcə isə ingilislərin də sevimli istirahət növünə çevrildi.
- Piknik bayramının ilk dəfə qeyd edilməsi 14-cü əsrə aiddir.
- Gaston III Phoebus (Fransa) “Ov haqqında kitab” yazaraq, piknikin bütün incəlikləri orada təsvir etmişdir.
- Fransız mənşəli “piknik” sözü, hər bir qonağın yemək gətirməsi ilə açılan süfrə deməkdir.
- 1740-cı ildən terminin mənası dəyişərək “təbiətdə qəlyanaltı etmək” kimi qəbul olunmuşdur. Məhz ingilislər pikinikə dama-dama süfrə və içərisinə müxtəlif yeməklər yığılan taxta zənbil gətirməyi vərdiş halına saldılar.
Təbiət qoynunda yığışıb yaxınlarla vaxt keçirtmək üçün bu əla bir fürsətdir. Hamıya xoş istirahətlər!