Bazar , May 5 2024
azenru
Home / Təşkilat və Operatorlar / London səyahətçilərinin qonaqlama sayı son illərin rekord həddinə çatıb

London səyahətçilərinin qonaqlama sayı son illərin rekord həddinə çatıb

Araşdırmalara görə, London otelləri və digər qonaqlama yerlərində ötən il üçün Avropanın heç bir yerində rast gəlinməyən 56 milyon qonaqlama qeydə alınıb.

European Cities Marketing-in (EMC) məlumatına əsasən, xarici turistlərin sayı 41 milyon təşkil edir ki, bu da öz növbəsində, şəhərin bütün dünya səyahətçilərinə açıq olduğunu sübut edir. London şəhər bələdiyyəsinin müavini Rajesh Agrawal: “Dünya səviyyəli idman, mədəniyyət, incəsənət, tarix və memarlığımızı nəzərə alsaq, turistlərin paytaxta axını təccüblü deyil.”

Siyahıda ikinci yeri Paris tutur. Onun ardınca Berlin, Roma, Barselona, Madrid, Praqa, Vyana, Münhen və Amsterdam gəlir. ECM prezidenti Ignasi de Delàs öz açıqlamasında bildirib: “Avropanın şəhər turizmi üçün daha bir uğurlu ilin şahidi olduq. Digər şəhərlərin də sürətli inkişafına baxmayaraq, London və Paris hələ də Avropanın ən məşhur iki şəhəri olaraq qalmaqdadır. Avropa tarixi, mədəniyyəti və zəngin mətbəxindən əlavə, təklif etdiyi geniş turizm imkanları ilə daha çox turist cəlb edir.”

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …