Bazar ertəsi , Aprel 29 2024
azenru
Home / Nəqliyyat / AZAL-dan Novruz endirimləri

AZAL-dan Novruz endirimləri

“Azərbaycan Hava Yolları” (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyaya start verib. Milli bahar bayramı olan Novruz bayramı müddətində bir sıra istiqamətlərdə aviabiletlərə endirimlər tədbiq olunacaq.

Aksiya aşağıdakı istiqamətlərə şamil olunacaq (vergi və rüsumlar da daxil olmaqla aviabiletin tam qiyməti göstərilmişdir):

Bakı – Nyu-York – Bakı – 599 EUR

Bakı – Milan – Bakı – 299 EUR

Bakı – Paris – Bakı – 299 EUR

Bakı – Praqa – Bakı – 299 EUR

Bakı – Berlin – Bakı – 299 EUR

Bakı – Dubay – Bakı – 199 EUR

Aksiya çərçivəsində aviabiletlərin satış müddəti 16 – 31 mart 2017-ci il aralığında olacaq. Uçuş dövrləri isə  1 aprel – 6 may 2017-ci ili əhatə edəcək.

“AZAL”ın ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi verdiyi məlumata görə, endirimli aviabiletlərinin sayı məhduddur.

Aviabiletləri AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür. Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytından (www.miles.azal.az)  almaq olar. Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan  keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …