Şənbə , Noyabr 2 2024
azenru
Home / Kateqoriyasız / Putin rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qadağa qoydu

Putin rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qadağa qoydu

22 iyun, Bakı

TravelNews xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya hava yollarına Gürcüstana sərnişindaşıma və kommersiya məqsədli uçuşlar həyata keçirməyi qadağan etdi. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyasının milli təhlükəsizliyini təmin etmək, Rusiya vətəndaşlarını cinayət və digər qanunsuz hərəkətlərdən qorumaq məqsədilə qərar qəbul edilmişdir.

Bundan əlavə,  qadağa qüvvədə olana qədər tur operator və səyahət agentliklərinə Gürcüstana bilet və turpaket satmamağı tövsiyyə görüblər.

Eyni fərmana əsasən, Putin hökumətə əmr etmişdir ki, Gürcüstana müvəqqəti olaraq getmiş rusların öz vətənlərinə qaytarılması təmin edilsin.

Nəzərinizə çatdıraq ki, iyunun 20-də paytaxt Tbilisidə baş tutmuş etiraz aksiyasında bir neçə min nəfər parlament binasına hücum etmişdir. Gürcüstanın Daxili İşlər Naziri Georgi Qaxariya isə baş tutan etiraz aksiyasına görə istefa verməyə hazır olduğunu bildirib. Bir neçə saat sonra isə polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdi. Son məlumatlara görə, 240 nəfər yaralanıb, onlardan 80-i polis məmurlarıdır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir