Cümə , May 17 2024
azenru
Home / Xəbərlər / “Buta Airways” Kiyev istiqamətindəki reysləri “Borispol” hava limanına həyata keçiriləcək

“Buta Airways” Kiyev istiqamətindəki reysləri “Borispol” hava limanına həyata keçiriləcək

2020-ci il yanvarın 22-dən etibarən Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Kiyev istiqamətindəki reyslərini “Borispol” beynəlxalq hava limanına yerinə yetirəcək.

2019/2020-ci ilin 27 martadək qüvvədə olaş uçuş cədvəli çərçivəsində “Buta Airways”ın Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir. 2020-ci ilin yay uçuş cədvəli çərçivəsində də reyslərin eyni qrafikə əsasən davam etdirilməsi planlaşdırılır.

Ukrayna və xarici daşıyıcıların böyük hissəsi reysləri “Borispol” aeroportuna həyata keçirir, bu da “Buta Airways”ın sərnişinlərinə daha rahat birləşmələr planlaşdırmağa imkan verəcək.

Biletləri artıq əldə edən sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir