Bazar , May 19 2024
azenru
Home / Blog / Uçuş zamanı insan bədənində baş verənlər

Uçuş zamanı insan bədənində baş verənlər

Uçuş zamanı insan bədənində hansı halların yaşandığını bilirsiniz ?

TravelNews.Az uçuş zamanı özümüz hiss etməsək də əslində, insanın başından ayağına qədər hansı hallarla qarşılaşdığını izləyiciləri ilə paylaşır.

Ağız: Quru hava insan bədənində su itkisinə səbəb olur. Ağzımızın quruması bununla əlaqədardır. Uçuş zamanı spirtli içkilərdən və qəhvədən uzaq durmaq faydalıdır. Ağız quruluğu, dad almaq hissinin üzdə bir hissəsinin zəifləməsinə gətirib çıxarır.

Qulaqlar: Təyyarə qalxan və enən zaman təzyiq dəyişikliyi qulaqların daxilində hava sıxılmasına gətirib çıxarır. Qulaqlarda yaranan vakum qulaqlarımızın tutulmasına səbəb olur. Xüsusilə, soyuq havalarda bu qulaq ağrısı  yarada bilər.

Ürək: Bəzi sərnişinlər ürək çatışmazlığı (ritm pozuntusu) ilə qarşılaşa bilər. Yüksək təzyiqli xəstələrdə və ya uçuş zamanı spirtli içkilər və qəhvədən istifadə edən səyahətçilərdə bu özünü biruzə verir.

Burun: Təyyarənin göyərtəsində nəmlik miqdarı az olduğundan xəstəliklərin yayılması asanlaşır. Məsələn, uçuş zamanı qripə yoluxmanın mümkünlüyü yerə nisbətən 100 dəfə yüksəkdir.

Dişlər: Bortdakı dəyişkən təzyiq dişlərin çürük hissəsində hava boşluqları yaradır. Bu səbəbdən dişlər “gizildəyir”.

Mədə: Aşağı təzyiq mədədə genişlənmə yaradır. Bu hal qarın əzələlərində ağrılara səbəb olur. Bunun qarşısını almaq üçün uçuşdan öncə və uçuş əsnasında qazlı içkilərdən istifadə olunmamalıdır.

Ağciyərlər: Mədə kimi ağciyərlər də genişlənir. Bu hal asma xəstələri üçün  “pnömotoraks” riski yaradır.

Ayaqlar: Yuxarı çəkili insanların ayaqları şişə bilər. Bunun qarşısını almaq üçün uçuş zamanı ayağları hərəkət etdirmək faydalıdır.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …