Bazar ertəsi , May 20 2024
azenru
Home / Destinasiyalar / ASAN Visa prosedurunun təqdimatı keçirilib

ASAN Visa prosedurunun təqdimatı keçirilib

Noyabrın 1-də Azərbaycan Turizm Assosiasiyyasının ofisində ASAN Visa prosedurunun təqdimatı keçirilib.

ASAN Visa –nın direktoru İsmayıl Əbdüləzimovun keçirdiyi təqdimatda AZTA-nın idarə heyəti və komitə rəhbərləri, eləcə də mədəniyyət və turizm nazirliyinin nümayəndələri də iştirak edib.

İştirakçılara verilən məlumata görə, ASAN Visa-nın alınması müddəti standart olaraq 3 gün, təcili – 3 saat təşkil edir. Standard vizanın dəyəri $23, Urgent vizanın isə $50. ASAN Visa xidməti www.evisa.gov.azsaytı vasitəsi ilə 24 saat aktivdir.

Görüşdə qeyd edilib ki, indiyə kimi ASAN Visa almaq üçün 237 832 müraciət daxil olub, onlardan 8151 müraciətə səhf məlumat təqdim olunduğuna görə imtina olunub, lakin, məlumat yeniləndikdən sonra müraciət yenidən baxılıb və viza təqdim olunub. ASAN Visa həmçinin ölkəyə qrup şəklində gələn turistlərə də təqdim olunur. Son məlumata görə ən çox, yəni 38% müraciət İran turistlərindən daxil olub, Pakistan, Almaniya 6-7%, 22% isə digər ölkələrdən olan turistlərin payına düşür.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir