Cümə axşamı , May 16 2024
azenru
Home / Xəbərlər / Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam edir

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam edir

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında”  və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.  

TravelNews.Az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2017-ci ilin oktyabr ayı ərzində ölkə ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 35  vətəndaş saxlanılaraq onlardan 34 ov tüfəngi, 105 patron, 3 ədəd quş və 1 baş heyvan götürülüb.

Qanun pozucuları barəsində protokollar tərtib edilərək 22 nəfərə 22300 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, digər 13 nəfər təqsirkarın isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir