Çərşənbə axşamı , May 14 2024
azenru
Home / Təşkilat və Operatorlar / Səfirlik nümayəndələri ilə tələbələr görüşüb

Səfirlik nümayəndələri ilə tələbələr görüşüb

Noyabrın 2-də Azərbaycan Turizm və Menecment Universitetində İsrailin ölkəmizdəki səfirliyi nümayəndələrinin universitetin “Turizm və otelçilik” ixtisasının III kurs tələbələri ilə informasiya xarakterli görüşü olub.

TravelNews.Az xəbər verir ki, görüşü İsrail səfirliyinin Missiya Rəhbəri Müavini Avital Rosenberg giriş sözü ilə açaraq İsrail Dövlətinin coğrafi mövqeyi, adət-ənənəsi, iqlimi haqqında və eyni zamanda tələbələrə İsrailin Eilat şəhərində yerləşən “İsrotel” otellər şəbəkəsinin nüfuzlu otellərində təcrübə imkanı ilə bağlı ətraflı məlumat verib. Daha sonra 2016/17-ci tədris ilində İsrailin “İsrotel” otellər şəbəkəsində təcrübə keçən tələbələrdən Emil Hüseynzadə və Anastasiya Pavlotskaya xüsusi təqdimat-çıxışı zamanı ümumi təəssüratlar fonunda 5 aylıq istehsalat təcrübəsinin üstünlüklərindən, qarşıya çıxan  çətinliklərdən bəhs edib və öz tövsiyyələrini veriblər.

Görüşün yekununda Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri  Nərminə Abdullayeva 2017/18-ci tədris ilində İsraildə təcrübə keçmək arzusunda olanların bu ilin noyabr ayının 18-nə kimi ərizə ilə müraciət etmələrini tələbələrin diqqətinə çatdırıb.

Eyni zamanda səfirlik nümayəndələrinin ATMU-nun rektoru İlham Mədətovla görüşü baş tutmuşdur. Görüşdə universitetlə səmərəli əməkdaşlığın nəticəsi sayılan 10 illik layihə və bu layihənin dekabr ayında keçirilməsi planlaşdırılan yubiley tədbiri ilə bağlı söhbət aparılmışdır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir