Çərşənbə axşamı , May 7 2024
azenru
Home / Destinasiyalar / İndoneziya Universitetində Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq

İndoneziya Universitetində Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq

Bu ilin sonunda İndoneziya Universitetində Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq.

TravelNews.az xəbər verir ki, bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani AZƏRTAC-a açıqlamasında deyib.

Səfir bildirib ki, Azərbaycan və İndoneziya arasında ölkələrin tanıdılması, mədəni əlaqələrin genişləndirilməsi üçün bir çox işlər görülür. Bununla bağlı Azərbaycanda təşkil olunan festivallar, sərgilər bu cəhətdən çox faydalıdır.

Səfir qeyd edib ki, hazırda Azərbaycan Dillər Universitetində İndoneziya Araşdırmalar Mərkəzi mövcuddur və fəaliyyətini çox gözəl davam etdirir. Görülən işlərin qarşılıqlı şəkildə effektiv olması üçün, həm də turizm potensialını artırmaq məqsədilə bu ilin sonunda İndoneziya Universitetində Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir