Cümə axşamı , May 16 2024
azenru
Home / Xəbərlər / Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər

Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər

“Turizm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra Azərbaycanda yalnız sertifikat almış bələdçilər bu fəaliyyət növü ilə məşğul ola biləcəklər.

Bunu Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.

Onun sözlərinə görə, “Turizm haqqında” qanun layihəsi hələ qüvvəyə minmədiyindən bələdçilərə sertifikatlar və şəhadətnamələr onlar üçün keçirilən təlimin nəticəsi olaraq verilir:

“Lakin “Turizm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra bu sertifikatların həm də hüquqi qüvvəsi olacaq. Həmin sertifikatlara əsasən, onlar Azərbaycan daxilində turizm bələdçisi kimi fəaliyyət göstərə biləcəklər”.

ATBA həmtəsisçisi bildirib ki, həmin sertifikatların 5 il ərzində hüquqi qüvvəsi olacaq:

“Hazırda bələdçilər bizim təlimlərdən peşə biliklərini təkmilləşdirmək üçün keçirlər və sertifikat almaq onlar üçün məcburi deyil”.

Trend.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir