Cümə , May 10 2024
azenru
Home / Destinasiyalar / Qubada “Regional Mətbəx Festivalı” keçiriləcək

Qubada “Regional Mətbəx Festivalı” keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba rayon İcra Hakimiyyətinin dəstəyi, Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Quba Destinasiya Menecmenti Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə 27-28 İyul tarixlərində Quba şəhəri Nizami parkında “Regionun Mətbəx Festivalı” adlı 2 günlük festival keçiriləcəkdir. Festivalda Azərbaycanın və Quba-Xaçmaz iqtisadi rayonunda yerləşən rayonların zəngin milli mətbəxi, mədəniyyəti və etnik xalqların nümunələri sərgiləniləcək və o cümlədən yerli və regional icma nümayəndələrinin, yerli məhsul istehsalçılarının və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunacaqdır. Festivalı ziyarət edəcək qonaqlar tədbir iştirakçıları tərəfindən təqdim olunacaq yemək və içki nümunələrini dada və əldə edə bilərlər. Milli musiqi nümunələri, rəqslər, yerli və tanınmış ifaçıların performansları, müxtəlif tamaşalar, uşaqlar üçün proqramlar festivalın başlandığı gündən etibarən qonaqlarımızn xidmətində olacaq və festivalı rəngarəng və əyləncəli edəcək.

Festivalda həmçinin “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaq.
İstehsalçılar və turizm sahəsinin peşəkarları öz məhsullarını satış məqsədilə nümayiş edəcəklər.

Bundan əlavə, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “Əsas səhnə” zonası fəaliyyət göstərəcək.
Qida, iaşə və məhsul istehsalı sahəsində çalışan mütəxəssislər üçün təlim məqsədli “Master-Klasslar” ərazisi xidmət göstərəcək. Uşaqlar üçün isə “Əyləncə parkı” zonası qurulacaq.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir