Cümə , Noyabr 22 2024
azenru
Home / Tədbirlər / Dövlət Turizm Agentliyi Türkmənistanda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Dövlət Turizm Agentliyi Türkmənistanda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

11-12 avqust tarixlərində Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Birinci Xəzər İqtisadi Forumu keçirilib.

Forum çərçivəsində “Xəzər innovasiya texnologiyaları” sərgisi təşkil olunub.

Sərgi zamanı Azərbaycan milli pavilyonunda digər dövlət qurumları ilə yanaşı, Dövlət Turizm Agentliyi də iştirak edib və ziyarətçilərə Azərbaycanın turizm potensialı təbliğ olunub.

Sərginin açılış mərasimindən sonra Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tatarıstan Prezidenti Rüstəm Minnixanov, Rusiyanın Baş naziri Dmitri Medvedev, Qazaxıstanın Baş naziri Əsgər Mamin və İranın birinci vitse-prezidenti İshaq Cahangirinin daxil olduğu yüksək səviyyəli nümayəndə heyətləri Azərbaycana məxsus stendi ziyarət ediblər.

Qeyd edək ki, forum iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də nəqliyyat və logistika, sənaye, turizm, energetika, ticarət sahələrində yeni texnologiyalar, xidmətlər və həllərlə tanışlıq, həmçinin işgüzar münasibətlərin qurulması üçün mühüm platforma rolunu oynayır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir